Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağda yaşayan ermənilər sənaye və su ehtiyaclarını qarşılamaq üçün yeni inşa etdikləri su anbarının təhlükəsizliyini təmin etməyə başlayıblar.
Rusiya sülhməramlı kontingentinin sözçüsü Aleksey Kolesnikov sözlərinə görə, bu anbar təmas xəttinin yaxınlığında olduğu üçün təhlükəsizlik tədbirləri görülməlidir.
Həmçinin Ağdərə rayonunda süni su anbarı yaratmaq üçün mühəndislik işlərinə də başlanılıb.
“Burada Artezian suyunun saxlanması ilə bağlı işlər görürük və bu məqsədlə təhlükəsizliyi təmin etmək üçün sülhməramlı kontingentinin komandanlığına müraciət etdik. Sülhməramlı kontingentin komandanlığı bizə hazırda fiziki təhlükəsizliyimizi və işimizin təhlükəsizliyini təmin edən bir bölmə verdi. Sülhməramlı kontingentə vaxtında göstərdikləri köməyə görə minnətdarıq ”, – mədən şirkətinin nümayəndəsi Adam Qriqoryan bildirib.
Yeraltı və yerüstü şirin su axınlarının ehtiyatlarının saxlanılması üçün su anbarının tikintisi üzrə işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara əsasən, 10 noyabr 2020 -ci il Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatların dayandırılması elan edilib.
Dağlıq Qarabağa atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. /anews.az/