Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Rütte: NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir

NATO İrana qarşı əməliyyatda iştirak etmir, lakin onun nüvə və ballistik potensialının zəiflədilməsini əsaslı sayır.

“Report”un Avropa bürosu xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Şimali Makedoniyada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran nüvə potensialına sahib olmağa yaxındır və ballistik raketlərə malikdir, bu isə İsrail də daxil olmaqla təkcə Yaxın Şərq regionu üçün deyil, həm də Avropa üçün təhlükə yaradır.

“Bu bizə Avropada böyük təhlükə yaradır”, – o vurğulayıb.

Rüttenin sözlərinə görə, Avropa ölkələrinin liderləri ilə çoxsaylı telefon danışıqlarının yekunlarına əsasən o qənaətə gəlib ki, müttəfiqlər İranın nüvə və raket potensialının zəiflədilməsini alqışlayırlar.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …