Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Rza Cavadxani vəfat edib

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi sosial şəbəkədə bildirib.

“Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik. 2007-ci ildə İlham Əliyev Rza Cavadxanini Prezident sarayında qəbul edib. O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafın tanığı olduğunu qeyd edib. Səfir Xəzər İbrahim və səfirliyimizin əməkdaşları adından onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Qəbri nurla dolsun”, – diplomatik missiyanın mətbuat xidməti nəql edib.

Qeyd edək ki, Rza Cavadxani ABŞ-də yaşayırdı. Onun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayır. Cavad xanın nəslinin nümayəndəsi həm də Azərbaycan vətəndaşı idi. 

Screenshot_1.png (1020 KB)

Check Also

Ekspert: Neft hasil edən ölkələr COP-a ev sahibliyi etməklə dayanıqlılığa sadiqlik nümayiş etdirirlər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının sessiyaları iqlim dəyişikliyinin təsirlərini minimuma endirməyə yönəlmiş kritik qərarları …