Bazar ertəsi , 27 May 2024
Drone Cameras

Şəhriyar Məmmədyarov: Gözəl mübarizə apardığı üçün Nicata təşəkkür edirik

Biz, şahmatseverlər gözəl mübarizən üçün sənə təşəkkür edirik.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov şəxsi feysbuk hesabında yazıb.

39 yaşlı qrossmeyster Kanadanın Toronto şəhərində İddiaçılar Turnirində iştirak edən Nicat Abasov haqqında fikirlərini bölüşüb.

Məmmədyarov Abasovun gözəl şahmatçı olduğunu bildirib: “Belə turnirdə ölkəmizi təmsil etdiyin üçün böyük təşəkkürlər. Nicat bacardığını edir, bu, gözəldir. Bu yarışda məğlubiyyət ağır olur. Sonadək inanırıq və bir gözəl qələbə gözləyirik. Sənin yanında olmaq xoşdur. Uğurlar”.

Qeyd edək ki, Nicat Abasov X turdan sonra 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Check Also

Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb

Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb. Federasiyadan “Report”a verilən məlumata görə, təmsilçilərimiz Çimkənd şəhərində təşkil olunan …