Şənbə , 1 Aprel 2023

Şəmkirdə ev yandı – Ölən və yaralananlar var

Şəmkirdə yaşayış evində yanğın olub.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Ələsgərli kəndində baş verib.

Üç otaqlı evin yanması nəticəsində bir qadın yanaraq ölüb, iki nəfər, 1978-ci il təvəllüdlü Əhmədov Zöhrab və onun övladı, 8 yaşlı Rüstəm yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir. 

Hazırda Şəmkir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. 

Check Also

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs saxlanılıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik …