Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

“Səbəb ermənilər deyil” – Senatordan şok “soyqırım” etirafı

Amerikalı senator Stiv Kohen ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma erməni soyqırımına dair qətnamənin siyasi səbəblərdən qəbul olunduğunu etiraf edib.

Boyukmillet.com xəbər verir ki, Kohen səsvermədə qanun layihəsinin lehinə səs verdiyini də bildirib:

“Həmişə erməni layihəsinə etiraz etmişəm, amma bu dəfə lehinə səs verdim. Çünki Türkiyə ABŞ-a hörmət etmirmiş kimi görünür”.

Kohen Türkiyənin Suriyada keçirdiyi əməliyyatların Konqresin mövqeyinə təsir etdiyini vurğulayıb: “Konqresin baxış istiqamətinin dəyişdiyini gördüm. Keçən ilədək erməni layihəsi heç vaxt 218 səsə yaxınlaşmamışdı”.  

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …