Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Səfir: “Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq qarşıdakı dövrdə daha da inkişaf edəcək” – EKSKLÜZİV

“Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq müxtəlif sahələri, sektorları əhatə edir və çox dərindir. Hərbi əməkdaşlıq da bunlardan biridir. Bu çərçivədə münasibətlər yalnız birgə hərbi təlimlərlə məhdudlaşmır”.

Bunu “Report”a eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

“Hərbi sahədə əlaqələr birgə təlimlərdən birgə müdafiə sistemlərinin istehsalına qədər bir çox sahəni əhatə etməkdədir. Bu əməkdaşlıq həm də strateji əhəmiyyətə malikdir. Əməkdaşlığımızın qarşıdakı dövrdə daha da inkişaf edəcəyini və dərinləşəcəyini söyləmək səhv olmazdı”, – diplomat bildirib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …