“Böyük Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirir”.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
“Mən bir sıra prezidentlərin, baş nazirlərin, energetika nazirlərinin Bakıya gəldiyinin şahidi oldum, çünki onlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu dərk edirlər”, – o vurğulayıb.
Səfirin sözlərinə görə, onu heyrətləndirən məqam odur ki, bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Cənub Qaz Dəhlizi üzrə konfrans da daxil olmaqla, görüşlərdə söhbət təkcə təbii qazdan yox, həm də ilk dəfə “yaşıl” enerjidən gedib.
“Biz Dünya Bankı və IFC-nin Xəzərdə dəniz külək enerjisi gücünə dair hesabatını dəstəkləməkdən çox məmnun olduq. Azərbaycanda dəniz külək enerjisinin texniki potensialı 157 GVt həcmində qiymətləndirilir. Bu, onu göstərir ki, Azərbaycan gələcəyi və öz düşüncələrini həyata keçirmək üçün iqtisadiyyatını necə uyğunlaşdırmalı, investisiya və ekspert biliklərini necə cəlb etməli olması haqqında düşünür”, – F.Auld əlavə edib.
O vurğulayıb ki, Böyük Britaniya Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.