Cümə , 29 Mart 2024
Drone Cameras

Səfirlik: “Azərbaycan Cammu və Kəşmir probleminin sülh yolu ilə həllini dəstəkləyir”

“Azərbaycanın Cammu və Kəşmirlə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfirliyi tviterdə etdiyi paylaşımda bildirib.

Xatırladaq ki, 2019-cu il avqustun 5-də Hindistan rəhbərliyi Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etdikdən və bu əraziyə Dehlidən birbaşa nəzarət tətbiq etdikdən sonra Hindistan və Pakistan arasında münasibətlər kəskinləşib.

Buna cavab olaraq Pakistan hökuməti Hindistanla diplomatik əlaqələrin aşağı səviyyəyə endirilməsini və bu ölkə ilə ikitərəfli ticarətin dayandırılmasına qərar verib. Həmçinin eyni dövrdə Pakistan hakimiyyəti Hindistanla qatar və avtobus əlaqəsini kəsib.

Öz növbəsində Hindistan Baş naziri Narendra Modi bildirib ki, Hindistanın Cammu və Kəşmir əyalətinin Dehlidə mərkəzi hökumətə yenidən tabe olması bu ərazidə terrora son qoyacaq. O vurğulayıb ki, “son üç onillikdə regionda 42 min insan həlak olub”.

Qeyd edək ki, Hindistanın Cammu və Kəşmir əyaləti Kəşmir bölgəsində yerləşir. Əhalisinin əksəriyyəti müsəlmanlardır. Bu ərazi Hindistan və Pakistan arasında bölünüb. İki ölkə 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu məsələ iki ölkə arasında münasibətlərdə əsas problem olaraq qalır.

Check Also

Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb

Rusiya Ermənistanı dəfələrlə aldadıb. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. …