Cümə , 10 May 2024
Drone Cameras

Şəhid Ayaz Nəzərov dəfn edilib

Şəhid olan Ayaz Azər oğlu Nəzərov dəfn olunub.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhid doğulub, boya-başa çatdığı rayonun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Yaylım atəşi açılıb, şəhidin tabutu üzərində olan üçrəngli şanlı bayraq şəhidin ailəsinə verilib. 

Allah rəhmət etsin!12:56

Şəhid Ayaz Nəzərovla vida mərasimi keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, vida mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra Şəhid Bozalqanlı kənd qəbristanlığında dəfn olunacaq.12:50

Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.

Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət etsin!

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …