Ermənistanın təxribatları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan Hüseynov Ziyarət Mayıl oğlu dəfn olunub.
Boyukmillet.com xəbər verir ki, şəhid doğulduğu Amankənd kənd qəbirstanlığda torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, şəhid Z.Hüseynov 15 may 1994 – ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub.
Z. Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin sıralarında gizir kimi xidmət edirdi.
Şəhid Z.Hüseynov ailəli idi, 2 yaşlı oğul övladı yadigar qaldı.