Şənbə , 27 Aprel 2024
Drone Cameras

Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ

Bildiyimiz kimi 1 iyun tarixi “Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür”.

Boyukmillet.com Turaz.orga-a istinadən müsahibəni sizlərə təqdim edir:

-Salam dostum. Zəhmət olmasa özün haqda geniş məlumat ver.

Salam. Mən Məmmədov Səid Müseyib oğlu. 07.08.2013-cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Bir bacım var. 193 nömrəli məktəbdə oxuyuram və 4-cü sinif şagirdiyəm. Halhazırda 5-ci sinifə keçmək üçün imtahanlara hazırlaşıram.

 -Hobbilərin nələrdir?

Ən sevdiyim idman növü futboldur, amma özüm halhazırda basketbolla məşqulam. Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm. Rəngbərəng muncuqlardan qolbaqlar düzəldirəm və sevdiklərimə hədiyə edirem.

-Çox gözəl Səid. Səndə basketbola maraq hardandır?

İdman sağlamlıqdır. Sağlamlığıma görə, həmdə top ilə oynamağı çox sevirəm.

-Qeyd eddin ki, muncuqlardan qolbaqlar düzəltməyi sevirsən. Bunu sənə kim öyrədib?

Mən həftəsonu atamla Şüvalanda yerləşən “Kinderland” əyləncə mərkəzinə gedirəm. Həmin yerdə muncuqlardan qolbaqlar düzəltməyi örgədirlər, ordan örgənmişəm. Anam, bacım, müəlliməm, dostlarım və özüm üçün üzərində adlarımız yazılan qolbaqlar düzəldirəm. Atam üçün isə, maşınının açarına taxmaq üçün, açarlıq düzəltmişdim.

-Rəsm və şahmatla məşqul olmağın çox gözəldir Səid. Bəs gələcəkdə özünü hansı peşə sahibi kimi görürsən?

Rəsm və şahmatı mənə baxçada sevdiribler. Bunları sevdiyimə görə gələcəkdə belə boş zamanlarımda məşqul olacağam. Amma peşə olaraq dizayner olmaq istəyirəm. Arzum o üzrə oxuyub çalışmaqdır. Əslində arzuma çatmağımda daima rəsmlə məşqul olmağım, bir yandan mənə kömək olacaq.

-Sənin kiçik yaşda öz üzərində bu qədər çalışmağın çox gözəl haldır. İnanıram müsahibəmizi oxuyan yaşıdlarına örnək olacaqsan. Dostum, bu gün “Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür”. Bu günlə bağlı balaca dostlarımıza nə arzulayırsan?

Onlara arzum odur ki, dərslərini yaxşı oxuyaraq, öz üzərlərində daima çalışaraq vətənimizi hər yerdə tanıdsınlar.

-Səid, müsahibə üçün təşəkkür edirəm, bayramın mübarək olsun.

Məni seçdiyiniz üçün, mən də sizə minnətdaram.

Ayna Fərhad

Check Also

Stilist-bərbər: Сiddi verilişə sən sport geyinə bilməzsən!-MÜSAHİBƏ

İnsanın xarici görünüşündə ən həssas və diqqət tələb edən saçdır. Baxımlı və mütəmadi qulluq edilən saçlar …