Cümə , 29 Mart 2024
Drone Cameras

Şəki sakinindən narkotik vasitə götürülüb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş P.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 6 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə P.Məmmədovun yaşadığı evin yaxınlığında dağlıq ərazidə gizlətdiyi 445 qram narkotik vasitə-qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon …