Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Səməd Seyidov erməni deputatları Avropa Şurasının dəyərlərinə hörmət etməyə çağırıb

“Biz danışıqlar yolu ilə humanitar məsələləri və hətta ikitərəfli inamın bərpa olunması məsələlərini həll edə bilərik”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yay sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda 30 min erməni yaşayır:

“Onlar Azərbaycan vətəndaşıdırlar. Ermənistanda yaşayan azərbaycanlılar isə etnik təmizləməyə məruz qalıblar. Mən Ermənistandan olan həmkarlarımı dialoqa dəvət edirəm.

Çətin vəziyyətdən yeganə çıxış Avropa Şurasının dəyərlərindən olan ikitərəfli danışıqlar yolu ilə mümkündür. Biz masa arxasında oturub humanitar məsələləri və hətta ikitərəfli inamın bərpa olunması məsələlərini həll edə bilərik”.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …