Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib: “Bu şansı qaçırmayın”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb: “İllüziyalarınızı bir kənara qoyub ortaq gələcəyimiz haqqında danışmaq üçün Bakıda bir araya gəlməyin vaxtıdır. Bu şansı qaçırmayın”.

Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ ermənilərini növbəti görüş üçün Bakıya dəvət edib.

Xatırladaq ki, daha əvvəl deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. O, Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …