Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Sərhədin Zəngilan istiqamətindən Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 5 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

Boyukmillet.com xəbər verir ki, fevral ayının 20-də saat 00:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozul­masına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində ərazidə sahibsiz halda aşkarlanan 1 ədəd ağ rəngli bağlamanın içərisində ümumi çəkisi 5 kq 320 qram narkotik vasitəyə (4 kq 795 qr marixuana və 525 qr metamfetamin) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …