Cümə , 3 May 2024
Drone Cameras

Səudiyyə Ərəbistanı XİN Azərbaycan xalqına başsağlığı verib

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistan XİN-dən bildirilib:

“Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədiyini bildirir. Nazirlik bu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu təsdiq edir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

Check Also

Elman Abdullayev: Müharibələr nəticəsində mədəniyyət nümunələrinə çox böyük ziyan dəyir

Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir. Boyukmillet.com xəbər verir ki, bunu VI …