Cümə , 5 Dekabr 2025
Drone Cameras

Səyyad Əlizadənin dəfn ediləcəyi yer məlum olub

Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Bu barədə “Report”a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə uyğun olaraq ana və atasının məzarı yanında – Füzuli rayonunda dəfn olunacaq.

Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Check Also

Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Bu barədə …