Cümə , 19 Aprel 2024
Drone Cameras

Səyyad Əlizadənin dəfn ediləcəyi yer məlum olub

Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Bu barədə “Report”a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə uyğun olaraq ana və atasının məzarı yanında – Füzuli rayonunda dəfn olunacaq.

Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Check Also

Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub

Bu gün Bakıda litvalı dənizçi Simas Kudirkanın həyatından bəhs edən “Tullanma” sənədli filminin nümayişi olub. …