Bazar , 15 Noyabr 2026
Drone Cameras

Saatlı, Sabirabad, İmişlidə də Türkiyə üçün yardımlar toplanır

Saatlı, Sabirabad və İmişli rayonlarında Türkiyə üçün yardımlar toplanır.

Boyukmillet.com xəbər verir ki, rayon sakinləri qardaş Türkiyədə baş verən zəlzələdə ziyan çəkən əhaliyə kömək məqsədilə yardım kampaniyasına aktiv şəkildə qoşulublar.

Sakinlər yardım məntəqələrinə əsasən qalın paltarlar, əlcək, corab, çadır, yorğan, döşək, generator, uşaq bezi, təmizlik vasitələri təhvil verirlər.

Aksiyada, həmçinin iş adamları, müəssisələr, idarələrdə iştirak edir.

Yığılan yardımlar çeşidləndikdən sonra yük maşınları ilə Bakı şəhərində təyin olunmuş yerə təqdim olunacaq.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …