Şənbə , 29 İyun 2024
Drone Cameras

Saatlıda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Saatlıda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Seyran Babayevin məhkəməsi başlayır.

Boyukmillet.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Oruc Cəlilovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin yanvarında Saatlı şəhəri, M.F.Axundov küçəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü S.Babayev nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilmiş “VAZ-2107” markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən digər ustalar, Saatlı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Mircəfər Xankişiyev və 1969-cu il təvəllüdlü Möhübbət Qənbərovu vurub.

Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.

S.Babayeva qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Check Also

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri həbs edilib

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri barədə həbs qətimkan tədbiri seçilib. …