Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Sabah Bakıya yağış, dağlıq rayonlara qar yağacaq, külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Check Also

Bakı və Abşeron yarımadasında son 38 ilin yağıntı rekordu yenilənib

Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart …