Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Sabah deputatlar BƏƏ-yə gedir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə səfər edəcəklər.

Milli Məclisin deputatları işgüzar səfər zamanı bir sıra görüşlər keçirəcək, iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, parlament əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparacaqlar.

Səfər fevralın 20-də başa çatacaq.

Check Also

Qanun layihəsinin adının dəyişdirilməsi təklifi qəbul olunmadı

Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb Boyukmillet.com-un …