Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Sabah Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək

Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.

Boyukmillet.com xatırladır ki, oktyabrın 6-7-də baş tutacaq TDT-nin XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub.

Bu Zirvə görüşü Türk dünyasının gələcək ortaq strateji hədəflərini və birgə fəaliyyət mexanizmlərini müəyyən edəcək.

Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.

Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək.

Qeyd edək ki, Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.

Check Also

Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb – YENİLƏNİB

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı Biləcəri …