Bazar , 5 Aprel 2026
Drone Cameras

Sabir Rüstəmxanlı imza günü keçirir – FOTO

Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabının imza günü keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlının yeni çap olunmuş “Astar” kitabının imza günü keçiriləcək. İmza günü 24 noyabr 2018-ci il, saat 18:00-da “Qanun” Nəşrlər Evinin “Park Bulvar”da keçirilən kitab yarmarkasında təşkil olunacaq.

Xalq Şairi Sabir Rüstəmxanlı İnterpress.az-a açıqlamasında bildirib ki, Kitablarımla maraqlananları, dostlarımı, VHP- çiləri və DAK- çıları imza şöləninə dəvət edirəm. Onlar “Şair və şər”, ” Difai fədailəri”, “Akademikin son əsəri”, ” Astar”, ” Əbədi sevda” ,” Milli taleyimiz və biz” kitablarımı əldə edə bilərlər.

Qeyd edək ki, “Astar”ın imza günündə Xalq şairinin digər kitablarını da əldə etmək mümkün olacaq.

(İnterpress.az)

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir