Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Sabir Rüstəmxanlı Hötenin divanını tərcümə etdi – “Şərq-Qərb Divanı”

Xalq şairi Sabir Rüstəmxanlının tərcüməsində İohan Volfqanq Hötenin “Şərq-Qərb Divanı” işıq üzü görüb.
Boyukmillet.com
 xəbər verir ki, dahi alman şairi Hötenin “Şərq-Qərb Divanı” dünya ədəbiyyatı tarixində bənzəri olmayan bir əsərdir.

“Divan”da Şərqin və Qərbin düşüncə və həyat tərzləri, fəlsəfələri, din və inanc sistemləri, dünya görüşləri, sözə və gözəlliyə münasibətləri qarşılaşdıraraq, qovuşaraq gur bir axına, insanın təbiətə və tanrıya bağlılığının orijinal bir təzahürünə çevrilib.
Qanun Nəşriyyatında çapdan çıxan kitab artıq oxucuların ixtiyarına verilib.

Check Also

Jurnalist çətin vəziyyətdə qalan qadını xilas etdi – ANBAAN VİDEO

Jurnalist Şəmistan Fikrətli çəkiliş zamanı yolda köməksiz vəziyyətdə qalmış qadın sürücü ilə qarşılaşıb və dərhal …