Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Sabirabadda 2 tondan çox çətənə bitkisi məhv edilib

Sabirabadda yabanı halda bitən 2 tondan çox çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Cavad kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 2 ton 250 kiloqram olan 2635 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …