Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Sadır Japarov: “Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib”

Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib.

Onun sözlərinə görə, Qırğızıstan qardaş Azərbaycan ilə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır: “Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyini həmişə dəstəkləyib. Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəklədiyinizə görə Sizə minnətdarıq. Ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir”.

S.Japarov əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin səfəri və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …