Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sahibə Qafarova: “Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü səviyyəsi birlik və həmrəyliyimizin təzahürüdür”

“VII Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədbirin mühüm tərəfi isə qardaş ölkələr arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır: “Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində bu niyyəti və əzmi nümayiş etdirir”.

“Bu il yanvarın 14-də Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd etdik. Müstəqil Azərbaycanın tarixində qardaş Türkiyə diplomatik əlaqələr yaratdığımız ilk dövlətdir. Türkiyə də Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmaqla öz qardaş dəstəyini ilk gündən göstərib. Dövlətlərimiz arasında rəsmi münasibətlər 30 ili əhatə etsə də, xalqlarımızın ortaq tarix, dil, mənəvi-mədəni dəyərlərə əsaslanan birliyi və həmrəyliyi əsrlərdir davam edir. Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü səviyyəsi isə birlik və həmrəyliyimizin yeni təzahürüdür”, – S.Qafarova bildirib.

Milli Məclisin sədri vurğulayıb ki, ötən 30 il ərzində iki ölkə arasında əlaqələr məhz dostluq və qardaşlıq məcrasında sürətlə inkişaf edərək bütün sahələri əhatə edib: “Azərbaycan və Türkiyənin ortaq təşəbbüslərinin nəticəsi olan irimiqyaslı birgə layihələr ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, daha geniş regionda sabitliyə, əməkdaşlığa və rifaha töhfə verib. Etiraf etmək lazımdır ki, müasir dövrümüzün təəssüf doğuran reallıqları var. Onlardan biri də budur ki, məhz öz xalqlarının maraqlarına xidmət edən, sülhə və əməkdaşlığa yönələn müstəqil daxili və xarici siyasət apardıqlarına görə Azərbaycan və Türkiyə dəfələrlə ikili standartlarla, qeyri-obyektiv münasibətlə üzləşiblər və ayrı-ayrı dövrlərdə nələrin baş verdiyini hamımız yaxşı bilirik. Sevindirici məqam isə odur ki, Azərbaycan-Türkiyə birliyi hər zaman bu ikili standartlara qarşı sipər rolunu oynayıb, ölkələrimizə qarşı yönəlmiş gizli niyyət və qəsdləri dəf etməyi bacarıb”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …