Çərşənbə , 14 May 2025
Drone Cameras

Sahil Babayev: “Gələn il aktiv məşğulluq proqramları daha da genişlənəcək”

“Gələn il aktiv məşğulluq proqramları daha da genişlənəcək. Bu günlərdə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ISO beynəlxalq sertifikatı aldı və ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi oldu. Artıq yeni ildə bu standart üzrə peşə hazırlığı təşkil ediləcək. Bu da əmək bazarına daha ixtisaslı işçi qüvvəsi gətirməyə imkan verəcək”.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəsmi mətbuatda dərc olunan məqaləsində yer alıb.

“Əsas prioritetlərdən biri həm məşğulluq xidmətlərinin keyfiyyətinin, həm də əhatə dairəsinin genişləndirilməsidir. Vətəndaşların daha çox aktiv dəstək proqramları ilə əhatə olunması, əmək bazarına çıxş imkanlarının artırılmasıdır”, deyə nazir qeyd edib.

Check Also

Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları daha dörd cəzaçəkmə müəssisəsində …