Cümə , 26 Aprel 2024
Drone Cameras

Şahin Bağırov: “Əsas məqsəd voleybolda mükəmməl infrastrukturun qurulmasıdır”

“Əsas məqsədimiz voleybolun populyarlığının, kütləviliyinin artması və mükəmməl infrastrukturun qurulmasıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov milli komandanın yeni baş məşqçisi Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

Azərbaycan voleybolunun uğurlarından bəhs edən federasiya rəhbəri bu nailiyyətlərin davamının gətirilməsinin vacibliyini vurğulayıb: “Azərbaycanda voleybol kifayət qədər məşhur idman növüdür. Komandalarımız Avropa və dünyada yaxşı nəticələr əldə ediblər”.

Qeyd edək ki, türkiyəli Ataman Güneyligil mayın 15-də qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …