Cümə axşamı , 19 Sentyabr 2024
Drone Cameras

Şahmar Hacıyev: “BOEM Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsidir”

Bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərdə yeni mərhələdir.

Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş elmi işçisi Şahmar Hacıyev Bakıda keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına daha da təkan verəcək.

Ş.Hacıyev Şərqi Avropa ölkələrinə “yaşıl enerji”nin tədarükünü təmin edəcək Mərkəzi Asiya – Azərbaycan – Avropa “yaşıl dəhliz” layihəsinin əhəmiyyətini də vurğulayıb.

“Bundan başqa, ölkələr qarşılıqlı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir. Bu gün Bakı və Daşkənd avtomobil tikintisi, elektrotexnika, energetika sahələrində birgə layihələr həyata keçirir. Əminəm ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək və biz bu səfərdən sonra əməkdaşlığımızı yeni səviyyəyə qaldıracağıq”, – o əlavə edib.

Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Check Also

Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb

Azərbaycanın Energetika Nazirliyi tərəfdaşlarla birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına …