Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması özbək dilinə tərcümə edilib nəşr edilmişdir

Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə özbək dilinə çevrilib nəşr edilmişdir. Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin sədri, şair Vaqif Aslan  əcdad məzarlarından başlayıb ən qədim insan məskənlərindən Qobustana və Azıx mağarasınadək mənbələr və salnamələr əsasında səyahət edərək bu tarixi – fəlsəfi əsəri ərsəyə gətirmişdir.

Yazılı mənbələrin tükəndiyi məqamlarda Azərbaycan türkcəsində indinin özündə də işlənməkdə olan söz və ifadələrdən canlı və əyani sübut kimi istifadə edən müəllif ümumtürk təfəkkür tərzinin tarixi – genetik mənzərəsini yaratmağa çalışmışdır.

Əsərdə sovet dönəmində türk xalqlarının necə bir amansız repressiyaya məruz qalması,  onların rus işğalı altına düşməsi kitabda təsvir edilmişdir.

Kitabda xanlıqlara bölünmələr, böyük türk dövlətləri zamanındakı çəkişmələr öz əksini tapmışdır. Bilgə xaqan, Mətə xaqan, Alpər Tonqa zamanlarına baxış türk- Turan birliyinə çağırış kimi səslənir.

Şairin tarixi-fəlsəfi priyomları bununla bitmir. Əratta, Şumer dövrünə enməyi qarşısına məqsəd qoyan müəllif “bir ayağı Sakit okeanda, digər ayağı Atlantik okeanda olub,  göyləri çiynində saxlayan türkün” dünya mədəniyyətinə və bəşəri inkişafa verdiyi töhfələri sadaladıqca oxucunun qəlbi qürur hissi ilə dolur. Tarixi məğlubiyyətlərimizin səbəbləri açıqlandıqca  Turan Birliyinə gedən yolun müqəddəsliyi aydınca görünür. Poema bədxahlıq və şər daşıyıcısı olan terrorist, vandal,  manyak  və işğalçı qüvvələrin  və bu qüvvələrin əlində olan ermənilər üzərində haqq və ədalət carçılarının – türklərin qələbəsi ilə başa çatır.

Yazılış tərzi və üslubuna görə öz orijinallığı ilə seçilən “Ruhlarla söhbət” poemasını  özbək dilinə şair-tərcüməçi Gülzira Şəripova  çevimişdir. Şair Vaqif Aslanın Anadolu və özbək türkcələrində ayrı-ayrılıqda kitab şəklində nəşr edilən “Ruhlarla söhbət” poeması yaxın zamanda  Bişkekdə keçirilməsi nəzərdə tutulan “İssık Kul Türkün İnci Dünyası” adlı bir mahnının festivalı çərçivəsində oxuculara təqdim olunacaqdır. Kitab, Bişkekdəki “Uluu Toolor” nəşriyyatında 500 nüxsə ilə çap olunmuşdur.

Əsər türk dilinə də tərcümə edilmişdir Tanınmış şair-tərcüməçi Aslan Yusifi kitabı türk  dilinə tərcümə etmişdir. Bir neçə gün əvvəl kitab artıq türk dilində  işıq üzü görmüşdür. 

Qeyd edək ki, Fond öz ənənələrinə sadiq qalaraq, kitabları pulsuz yayacaqdır. Xatırladaq ki, bu, Fondun tərcümə etdirib, nəşr edib pulsuz yaydığı 119-ci kitabdır.

Bundan başqa, Bişkekdə keçiriləcəyi nəzərdə tutulan “İssık Kul Türkün İnci Dünyası” adlı bir mahnının festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi  Abbasqulu Nəcəfzadənin “Azərbaycan milli nəfəs çalğı alətləri (Orqanoloji-tarixi tədqiqat)” monoqrafiyası türk və özbək dillərində (Monoqrafiya ermənilərin xülyalarını puç etməyə hesablanıb), Nigar Həsənzadənin “Şeirlər toplusu” türk, özbək və Azərbaycan dillərində, Sayman Aruzun “Yüz il inqilab” türk və özbək dillərində və başqa müəlliflərin əsərlərinin təqdimatı planlaşdırılır.

Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması elektron kitabı şəklində sayta yerləşdirilib. Poemanı bu linkdən oxumaq olar:

  1. Türk dilində: http://turktoday.info/biblioteka-turciya.html
  2. Özbək dilində: http://turktoday.info/biblioteka.html

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …