Bazar , 19 May 2024
Drone Cameras

Saleh Məmmədov Avstriyada EHF rəhbərliyi ilə görüşüb

Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbərliyi Avstriyanın paytaxtı Vyanada səfərdədir.

Boyukmillet.com xəbər verir ki, AHF-in prezidenti Saleh Məmmədov, I vitse-prezidenti Orxan Abbasov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi bu gün EHF-in prezidenti Mixael Viderer və baş katibi Martin Hausleytner ilə görüşüb.

Qitə həndbol qurumunun baş ofisində keçirilmiş görüşdə Azərbaycan həndbolunun inkişaf istiqaməti, qarşılıqlı əmkdaşlıq, beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun inkişaf etdirilməsi, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, həmçinin, EHF-də fəaliyyət göstərən komisiyalarda təmsilçilik müzakirə olunub.

Sabah davam etdiriləcək görüşdə digər məsələlər də müzakirə ediləcək. Bugünkü görüş zamanı Azərbaycan həndbolundan bəhs edən videoçarx da nümayiş olunub, nümayəndə heyətimiz tərəfindən AHF prezidentinə hədiyyələr təqdim edilib.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …