Cümə , 9 Yanvar 2026
Drone Cameras

Saleh Rüstəmov evinə buraxıldı – oğlu işgəncə iddialarını təkzib etdi

Dünən ifadə üçün Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunan Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmov azadlığa buraxılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə onun oğlu Sezgin Rüstəmov sosial şəbəkə hesabında məlumat yayıb. O yazıb: “Atam azadlıqda! Vəziyyəti yaxşıdı, işgəncə məlumatı doğru deyil. Söhbət aparılıb”.

Sezgin Rüstəmovun sözlərinə görə, atası istintaqa cəlb edilərək ifadə verdikdən sonra evinə buraxılıb və səhhəti normaldır. O, Saleh Rüstəmova qarşı guya işgəncə tətbiq olunması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …