Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Salyanda Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində tədbirləri davam etdirir

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi çatdırılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq eyni qayda pozuntusuna yenidən yol verən sürücülər barəsində isə inzibati tənbeh tədbiri görülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Check Also

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə …