Cümə , 22 Noyabr 2024
Drone Cameras

Salyanda şəhidin xatirəsinə abidə ucaldılıb

Salyanda I Qarabağ müharibəsində şəhid olmuş Loğman İsmayılovun xatirəsinə abidə ucaldılıb.

Boyukmillet.com xəbər verir ki, üç gün Ermənistanda matəm elan edilməsində xüsusi rolu olan, I Qarabağ müharibəsinin iştirakçısı, şəhid Loğman İsmayılovun doğulduğu Salyan rayonunun Xurşud kəndində xatirə abidəsinin açılışı olub.

Xatirə abidəsinin açılışında Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, döyüşçü yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Abidənin üzərindən ağ örtük götürülüb.

Açılış mərasimində 1973-cü ildə Salyanın Xurşud kəndinin yetirməsi Loğman Akif oğlu İsmayılovun I Qarabağ savaşında göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Qeyd olunub ki, 1991-ci ildə hərbi xidmətə yola düşən Loğman bir müddət hərbi təlimlərdə olub, döyüş yolları Tərtər, Ağdərə istiqamətlərindən başlayıb. O, silahdaşları ilə bahəm Ağdərə şəhərinin, 34 yaşayış məntəqəsinin və 7 yüksəkliyin alınmasında əsl qəhrəmanlıq göstərib. Ağdərənin Qlobus deyilən yüksəkliyində düşmənin 200-dən çox canlı qüvvəsini, 7 tank və 2 BMP-ni məhv edib. Bundan sonra Ermənistanda 3 gün matəm elan olunub. Loğman İsmayılov 1993-cü il yanvarın 1-də Ağdərənin “Vışka” deyilən yüksəkliyi uğrunda gedən qanlı savaşda 20 yaşında ikən şəhidlik zirvəsinə ucalıb.

O da bildirilib ki, Ali Baş Komandanımızın rəhbərliyi altında Milli Ordumuzun əsgər və zabitləri tərəfindən 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız azad edilib, şəhidlərimizin intiqamı, qisası alınıb.

Sonda məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …