Şamaxı rayonunun Sağıyan kəndində torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34) aşkar edilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, Topmərmisinin daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.
Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 16-dək Füzuli və Şamaxı rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib, 1 196 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 950 kv.m ərazi yoxlanılıb.
Check Also
Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub
Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …