Şənbə , 23 Noyabr 2024
Drone Cameras

SAMİR ADIGÖZƏLLİ: Milli birlik olmadan heç bir qələbədən söhbət gedə bilməz

Məlum olduğu kimi axşam saatlarından başlıyaraq Bakıda yerli əhali ordumuza dəstək niyyətiylə aksiyya keçirib. Aksiyya Bakının müxtəlif ərazilərində və əsasən Şəhidlər Xiyabanının qarşısında baş tutub. Vətənpərvər Azərbaycan xalqı xoş niyyətlə Qarabağa azadlıq tələb edib.


Lakin bəzi bir sıra qruplar bu vəziyyətdən suyu istifadə edərək, Milli Məclisin qapısını qıraraq, zorla ora daxil olublar. Hüquq Mühafizə Orqanları hadisəyə dərhal müdaxilə edib. Həmin insanlar polis tərəfindən Parlament binasından uzaqlaşdırılıblar.


Boyukmillet.com xəbər verir ki, hadisə ilə bağlı İSBAM-rəhbəri Samir Adıgözəlli açıqlama verib. O, bildirib ki, xalqımız şəhidlərimizi anmaq və Qarabağımızı azad etmək niyyətiylə aksiya keçirib. Orduya dəstək və vətən sevgilərini bu yolla dünyaya çatdırıblar. Bu hadisənin olduqca qürur verici an olduğunu bildirib.


İSBAM-sədri bildirib ki, bəzi qrupların Parlament binasına daxil olması yol verilməz addımdır. Polis maşınını aşırdmaq, Parlament binasına ziyan vurmağa heç bir gərək olmadığını söyləyib. O, bildirib ki, milli birlik olmadan heç bir qələbədən söhbət gedə bilməz. Axı dünən o polislərdə xalqla bərabər Qarabağa azadlıq tələb edirdilər. Bir qrup Azərbaycana xələl gətirmək istiyənlər bu kimi təxribat xaraqterli əməllərə yol verdilər. Nəticədə dərhal düşmən səhifələri bu hadisəni öz sosial şəbəkələrində və medialarında trajladılar.


Daha sonra Samir Adıgözəlli vətənpərvər gənclərimizi bu cür təxribat xarakterli əməlləri törətmək niyyətində olanların qarşısını almağa səsləyib. Bu əməli həssas bir dönəmdə düşmənin Azərbaycan əleyhinə müxtəlif məlumatlar yaymasına sitimul yaradacağını bildirib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …