Cümə , 26 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli:”Rusiya Sülhməramlıları sülh yaratmır, ermənilərə dəstək göstərir.”

Samir Adıgözəlli: “İndiyə qədər ermənilərin bu cinayətlərinə rus sülhməramlıları hansısa bir irad bildirməyib, əksinə, daha çox mina daşıyıb basdırmalarına şərait yaradıb”

Bu gün bizim o minaların ağrısını çəkdiyimizi deyən S.Adıgözəlli hesab edir ki, Rusiya sülhməramlılarının bu işə göz yumması təəssüf doğurur: “Gümrü mina zavodunda istehsal edilən minaların ərazilərimizə keçirilməsi və basdırılması bizi ciddi narahat edir. Rusiya sülhməramlıları buna mane olmaq əvəzinə göz yumurlar, şərait yaradırlar. Hadisələr onların məsuliyyət zonasında da baş verir, amma reaksiyaları olmur.  Bütün bu cinayət, terror hadisələrinin sülhməramlıların gözləri qarşısında baş verməsi və onların buna reaksiya verməməsi onu göstərir ki, bu kontingent ermənilərin maraqlarını müdafiə edir. Onların buradakı fəaliyyətini müşahidə etdikdə açıq görsənir ki, adları sülhməramlı missiya olsa da, onlar sülhü müdafiə etməklə bağlı hər hansı addım atmır, fəaliyyətlərində sülhə xidmət yoxdur. Sülhməramlılar Qarabağın ermənilər yaşayan hissəsində yerini bərkitdikdən dərhal sonra əsas missiyaları erməniləri müdafiə etmək oldu. İndiyə qədər ermənilərin bu cinayətlərinə rus sülhməramlıları hansısa bir irad bildirməyib, əksinə, daha çox mina daşıyıb basdırmalarına şərait yaradıb” – deyə S.Adıgözəlli qeyd etdi.

İSBAM sədri bildirdi ki, Azərbaycan günü-gündən genişlənən erməni təxribatına dözüm göstərməyəcək və nəhayət bir gün gərəkli olan addımı atacaq. “Ermənilər Rusiya sülhməramlılarına arxalanıb mina terrorunu davam etdirir. Ermənilərin bu cinayəti cavabsız qalmayacaq, Azərbaycanın bir gün səbr kasası yenidən daşacaq. Çünki ermənilər rahat dayanmır. Bu qədər cinayət, terror faktları ortaya çıxır, amma hələ bununla bağlı Ermənistana qarşı bir tədbir görülmür” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …