Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Samuxda narkokuryerlik edən şəxsdən 16 kiloqrama yaxın narkotik aşkarlanıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 45 yaşlı Namiq Abdullayev saxlanılıb.

DİN Mətbuat Xidməti Gəncə regional qrupundan “Report”un Qərb bürosuna bildirilib ki, ondan ümumilikdə 16 kiloqrama yaxın marixuana, eləcə də güclü təsiredici narkotik vasitələr qrupuna daxil olan həşiş, tiryək və heroin aşkar olunub.

Araşdırmalarla N.Abdullayevin maddi qazanc müqabilində narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri müxtəlif bölgələrə çatdırmağı planlaşdırıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …