Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

SANA: İsrail hərbçiləri Suriyanın cənubundakı bir neçə yaşayış məntəqəsinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənubundakı Quneytra əyalətində bir neçə kənd və qəsəbəyə daxil olaraq orada nəzarət-buraxılış məntəqələri qurublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail əsgərləri Quneytra əyalətinin mərkəzi və cənub bölgələrində bir neçə kənd və qəsəbəyə daxil olub, nəzarət-buraxılış məntəqələri yaradıb və dinc əhali arasında axtarışlar aparıb.

Xüsusilə, beş hərbi maşından ibarət bir kolonna Qolan təpələri ilə sərhəddə yerləşən Ər-Rafid şəhərinə daxil olub.

Digər bir kolon vilayətin mərkəzi hissəsində, Dəməşqdən 70 km aralıda yerləşən Ruveyhinə kəndinə doğru irəliləyib.

Check Also

Ərdoğandan İRAN xəbərdarlığı: “Bütün region uduzacaq

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İrana qarşı yönəlmiş hər hansı yeni hərbi kampaniya …