Şənbə , 11 May 2024
Drone Cameras

Sankt-Peterburqda Azərbaycan mədəniyyəti nümayiş etdirilib

Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya bəllidir. Mədəniyyətimizi təbliğ etmək isə xaricdə yaşayan azərbaycanlıların üzərinə düşür. Vətəni sevmək, həm də onu təbliğ etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq deməkdir.
Boyukmillet.com xəbər verir ki, Dövlət və Qanun qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı öz facebook səyfəsində Sankt- Peterburqda keçirilən tədbirdən söhbət açıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun təşəbbüsü ilə
“Rusiya- Mədəniyyətlərin Uzlaşması” və
“Enkolovo dostlar toplayır” adlı festival
təşkil olunmuşdur.
Tədbir 27 avqust 2022- ci ildə keçirilmişdir.

Tədbirdə iştirak edən ölkələr özlərinin mədəniyyətini nümayiş etdirirdi.
Sankt- Peterburqda fəaliyyət göstərən Azərbaycan Milli- Mədəni Muxtariyyətin sədri Naib Paşayev illərdir Azərbaycanı xaricdə ləyaqətlə təmsil edir. Sədr müavini Könül Abbasova da, bu təbliğatlarda var gücü ilə çalışmaqdadır. Bu tədbirdə də, nümayiş etdirmək üçün, mədəniyyətimizi əks etdirən əşyalar, geyimlər, rəsmlər,musiqi və rəqs nümunələrinin nümayişi təşkil olunmuşdu.
Könül Abbasova tədbirin möhtəşəm alınması üçün vətənpərvər azərbaycanlıların dəstəyindən istifadə edərək, çoxlarını cəlb edə bilmişdir. Musiqimizi sazda Vasif Aliyev, rəqsimizi ” Xarı Bül-Bül” ansanbılı,(rəhbəri Fatma Nəzirli), rəsmləri və tariximiz haqqında Həsən Məsimov, qədim əşyalarımız haqqında Gənclər Təşkilatının sədri Eldar Əlizadə böyük sevgi ilə təbliğ etmişlər.
Qubernator A. Drozdenko Azərbaycan sərgisini seyr edərək, bəyənmişdir.
Sonda iştirakçılara “Diplom”- lar təqdim olunmuşdur..Tədbirdən bəhs edən fotoları
da təqdim edirik.

Yasəmən Möhübbətqızı
     Baş redaktor, AJB- nin üzvü
     Beynəlxalq Sülh Səfiri.
     İSBAM sədrinin müşaviri.

Check Also

ABŞ Bakı ilə Yerevanın Almatıdakı görüşünü dəstəkləyib

Vaşinqton bu görüşü sülh danışıqları üzrə prosesi davam etdirmək üçün vacib sayır Amerika Birləşmiş Ştatları …