Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Sarkisyan Azərbaycan üçün çalışan təşkilat sədrini ÖLDÜRMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ

Qondarma “erməni soyqırımı”nı ifşa edən və dünyaya Ermənistanın işğalçı dövlət olduğunu tanıdan Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey ölümlə təhdid olunur.

Bu barədə Publika.az-a açıqlamasında ASİMDER rəhbəri özü məlumat verib.

Onun sözlərinə görə, ermənilər son 5 il ərzində onu və ailəsini mütəmadi olaraq ölümlə təhdid edirlər: “Türkiyədə erməni camaatına və Avropadakı erməni lobbisinə qarşı təkbaşına mübarizə aparan ASİMDER-in rəhbəri olduğum üçün bu cür təhdidlərlə qarşılaşıram. Biz Türkiyədə Azərbaycanın Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi faktını ən güclü şəkildə təbliğ edən və bu işğalın sona çatmasına çalışan yeganə təşkilatıq. Ermənistan mediasında da yazırlar ki, ermənilər hansı daşı qaldırsalar, altından ASİMDER çıxır. Biz 24 saat ermənilərin qarşısına çıxıb yalan danışdıqlarını deyir, 1915-ci ildə əslində erməni quldur dəstələrinin müsəlman türkləri və kürdləri qətlə yetirdiyini danışırıq. Buna görə də 5 ildir Türkiyə və Avropada yaşayan ermənilərdən ölüm təhdidləri alıram. Telefonla evimə zəng edib övladlarımı və həyat yoldaşını təhdid edirlər, məni öldürəcəklərini deyərək, onları qorxudurlar”.

G. Gülbey bildirir ki, təhdidləri təkcə ermənilərdən yox, onların ortağı olan PKK-dan da alır.

“Hətta ermənilərin qəzeti olan “Agos”da məni manşet eləyib hədəf göstərirlər. Buna görə də internetdə yazılanları və telefon nömrələrini İğdır valiliyinə təqdim etdim. 5 ildir polisin mühafizəsi altındayam və yaşadığım İğdır şəhərindən başqa yerə gedəndə dövlət mühafizə verir, həmçinin, əsgərlər də yolda təhlükəsizliyə nəzarət edir. Xarici ölkələrə gedəndə isə Xarici İşlər Nazirliyinə gedəcəyim yer haqda məlumat verirəm, həmin ölkədəki Türkiyə səfirliyinə məlumat verilir”, – deyə o bildirib.

Qeyd edək ki, ASİMDER erməni işğalına qarşı mübarizə aparmaqla yanaşı, həm də maraqlı aksiyaları ilə də yadda qalıb. Misal üçün, bir müddət öncə təşkilat Xocalıda azərbaycanlıların qətlə yetirilməsində iştirak edən Ermənistan prezidenti Serj Sarkisyanı qiyami olaraq dar ağacından asmışdı.

Asif

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir