Cümə axşamı , 5 Dekabr 2024
Drone Cameras

Ümum­ru­si­ya azər­bay­can­lı­lar təş­ki­la­tın­dan son­ra­kı ha­di­sə­lə­rin dip­lo­ma­tik-si­ya­si va­ri­ant­la­rı…

“ÜAK-ın qey­diy­ya­tı­nın ləğv edil­mə­si bö­yük səhv­dir”

 

Sa­mir Adı­gö­zəl­li: “Ümid edi­rik ki, ÜAK-la bağ­lı qə­rar ləğv edi­lə­cək”

 

Ma­yın 15-də Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın Ali Məh­kə­mə­si Ümum­ru­si­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin ləğ­vi­ni təs­diq­lə­yib. Ali Məh­kə­mə Əd­liy­yə Na­zir­li­yi­nin id­dia­sı­nı tə­min edə­rək, ÜAK-ın qey­diy­ya­tı­nın ləğv olun­ma­sı ba­rə­də qə­rar ve­rib.

Qeyd edək ki, Ru­si­ya­da qə­bul edi­lən bu qə­rar Azər­bay­can­da bö­yük na­ra­hat­lıq­la qar­şı­la­nıb. Hət­ta mə­sə­lə­nin par­la­ment­də mü­za­ki­rə­si za­ma­nı Ru­si­ya­nın əley­hi­nə sərt fi­kir­lər səs­lən­di­ri­lib.

ÜAK-ın ləğ­vi ilə bağ­lı pro­ses­lər han­sı si­ya­si, hü­qu­qi nə­ti­cə­lə­ri do­ğu­ra bi­lər?

Dün­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin ic­ra apa­ra­tı­nın rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, məh­kə­mə­nin qə­ra­rı çıx­ma­mış­dan ön­cə Azər­bay­can­da be­lə bir ic­ti­mai fi­kir ya­ran­dı ki, san­ki, Ru­si­ya pre­zi­den­ti Vla­di­mir Pu­ti­nin baş ve­rən pro­ses­dən xə­bə­ri yox­dur və bu, an­ti-Azər­bay­can qüv­və­lə­ri­nin işi­dir: “Ru­si­ya av­to­ri­tar bir öl­kə­dir və bu cür stra­te­ji, xü­su­si­lə də Azər­bay­can ki­mi əhə­miy­yət­li öl­kə­lər­lə mü­na­si­bət­lə­ri po­za bi­lə­cək qə­rar­lar məh­kə­mə­lər­də müs­tə­qil sə­viy­yə­də qə­bul olun­mur. Be­lə pro­se­dur Ru­si­ya­da yox­dur. Bü­tün bu mə­sə­lə­lər si­ya­si an­lam­da Pu­tin­lə ra­zı­laş­dı­rı­lır. Çı­xa­rı­lan qə­rar bir­ba­şa Pu­ti­nin is­tə­yi ilə qə­bul edi­lib. Mə­sə­lə­ni də bu şə­kil­də qə­bul et­mək la­zım­dır. Bu mə­sə­lə­də Pu­ti­nin ra­zı­lı­ğı var­sa, bu, Azər­bay­ca­na mü­əy­yən mə­na­da təz­yiq xa­rak­te­ri da­şı­yır. Son vaxt­lar ÜAK təş­ki­lat ola­raq ar­tıq Ru­si­ya­nın nə­za­rə­tin­dən çıx­mış­dı. De­mək olar ki, Azər­bay­can döv­lə­ti­nin ma­raq­la­rı kon­teks­tin­də fəa­liy­yət gös­tə­rir­di. Ru­si­ya Azər­bay­can­da 2013-cü il­də pre­zi­dent seç­ki­lə­ri ön­cə­si Kon­qre­sin əli ilə ora­da­kı azər­bay­can­lı mil­yar­der­lə­ri ha­ki­miy­yə­tə qar­şı qoy­maq is­tə­yir­di. Çün­ki Azər­bay­ca­nın müs­tə­qil si­ya­sət yü­rüt­mə­si Ru­si­ya­nı qı­cıq­lan­dı­rır. Azər­bay­can ha­ki­miy­yə­ti də bun­dan son­ra adek­vat ad­dım­lar at­ma­lı­dır.

ÜAK Ru­si­ya­da ya­şa­yan yüz min­lər­lə azər­bay­can­lı­nı öz ət­ra­fın­da bir­ləş­di­rir. Hə­min azər­bay­can­lı­lar Ru­si­ya­ya mü­na­si­bət­də çox lo­yal və və­tən­pər­vər möv­qe­də­dir. On­lar hər za­man Ru­si­ya pre­zi­den­ti Vla­di­mir Pu­ti­ni dəs­tək­lə­yib. Ona gö­rə də Ru­si­ya bu ad­dı­mı at­ma­ma­lı idi. Mən­cə, Mosk­va la­zım ola­nı et­mə­li­dir ki, bu qə­rar ləğv olun­sun. ÜAK-a nor­mal fəa­liy­yət gös­tər­mək üçün şə­ra­it ya­ra­dıl­ma­lı­dır. He­sab edi­rəm ki, bu, Ru­si­ya-Azər­bay­can mü­na­si­bət­lə­ri­nin pis­ləş­mə­si­ni is­tə­yən qüv­və­lə­rin fəa­liy­yə­ti­dir. Ru­si­ya­da Mosk­va-Ba­kı mü­na­si­bət­lə­ri­nin pis­ləş­mə­si­ni is­tə­yən qrup­laş­ma­lar möv­cud­dur. Əmi­nəm ki, bu qrup­laş­ma­lar ÜAK-ın qey­diy­ya­tı­nın ləğ­vi mə­sə­lə­sin­də bö­yük rol oy­na­yıb­lar.

Fik­rim­cə, ÜAK-ın qey­diy­ya­tı­nın ləğv edil­mə­si bö­yük səhv­dir. Bu qə­rar Ru­si­ya-Azər­bay­can stra­te­ji tə­rəf­daş­lı­ğı­nın ru­hu­na uy­ğun de­yil və iki­tə­rəf­li mü­na­si­bət­lə­rə köl­gə sa­lır. Mən­cə, iki döv­lə­tin baş­çı­la­rı ara­sın­da qar­şı­lıq­lı ina­mın və dost­luq mü­na­si­bət­lə­ri­nin ol­ma­sı prob­le­min kons­truk­tiv həl­li­nə kö­mək edə bi­lər.

Ümid edi­rik ki, ÜAK-la bağ­lı qə­rar ləğv edi­lə­cək. Döv­lət baş­çı­la­rı ara­sın­da­kı mü­na­si­bət­lər bu­na ümid et­mə­yə im­kan ve­rir”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir