Çərşənbə , 29 Noyabr 2023

Danimarkada iki məktəbdə terror törətmək istəyən 15 yaşlı qız mühakimə olunub

Danimarka məhkəməsi 17 yaşlı ölkə vətəndaşını iki məktəbdə terror aktı törətməkdə ittiham edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onun partlayış törətmək istədiyi məktəblərdən biri yəhudilərə aiddir.

Adı açıqlanmayan qadın 15 yaşında islamı qəbul edib və internetdə islam adı altına fəaliyyət göstərənlərlə əlaqə saxlayıb. Bir müddət sonra yeniyetmə partlayıcı düzəltmək üçün kimyəvi maddələr əldə edib. Məhkəmənin hökmündə bildirlib ki, o, iki bomba hazırlamağı planlaşdırıb. Bombalardan birinin yəhudilərin məktəbində, digəri isə əvvəllər təhsil aldığı məktəbdə partlatmaq niyyətində olub. Ancaq, o, bu ideyalarını reallaşdıra biməyib və polis tərəfindən tutulub.

O, məhkəməyədək azyaşlı cinayətkarların həbsxanasında saxlanılıb.

Məlumata görə, onun cəzası məhkəmə tərəfindən bir müddət sonra elan ediləcək. Dövlət ittihamçısı gənc qızın məcburi qaydada psixiatriya klinkasında müalicə olunmasını istəyib. 

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir