Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Sarkisyan prezidentlərin görüşündə yatdı – VİDEO

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib.

Boyukmillet.com xəbər verir ki, prezidentlərin görüşündə diqqət çəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub. 

Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zamanı Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib. 

Qeyd edək ki, bu, Sarkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə ki, Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatmağı ilə gündəmə gəlib.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir