Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb

Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb.

“Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayırıq. Həll edilməmiş bütün humanitar məsələləri həlli əsas prioritetdir”, – o bildirib.

Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …