Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Şarl Mişel Azərbaycana gələcək

Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, Ş.Mişel iyulun 16-da İrəvana yola düşəcək. O, iyulun 17-də İrəvanda, iyulun 18-də isə Bakıda ölkənin rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …