Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Şavkat Mirziyoyev: “Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik”

“Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə deyib.

Şavkat Mirziyoyev bildirib:

“Humanitar məsələlərdə mütəmadi olaraq qarşılıqlı Mədəniyyət və Kino Günləri keçirmək, ali məktəblər, elmi müəssisələr, idman və gənclər təşkilatları arasında mübadilələri və əlaqələri genişləndirmək lazımdır. İşgüzar və humanitar əlaqələrin möhkəmlənməsi turizm sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Azərbaycan Prezidentinin turizm üzrə ayrıca proqram qəbul edilməsinə xüsusi diqqətinə, bu təklifi dəstəkləməsinə görə ona minnətdaram. Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik. Biz çox zəngin mədəni irs abidələrimizin bərpası və qorunub saxlanması sahəsində sıx qarşılıqlı faydalı əməkdaşlığı da inkişaf etdirməyə hazırıq”.

Check Also

Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib

Dövlət Turizm Agentliyinin (DTA) Kollegiyası “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nı təsdiqləyib. Boyukmillet.com xəbər …